Fransa hökuməti bu il keçiriləcək G7 sammitinin tarixində bir günlük dəyişiklik etdiyini açıqlayıb. Sammit əvvəlcədən planlaşdırıldığı kimi Evian-le-Ben şəhərində keçirilməli idi, lakin tarixlər yenilənərək iyunun 15–17-si aralığına çəkilib.
Redaksiya POLITICO-ya istinadən istinadla xəbər verir ki, tarix dəyişikliyinin əsas səbəbi Vaşinqtonda Ağ Evdə planlaşdırılan iri miqyaslı UFC döyüşü ilə üst-üstə düşməməkdir. Sözügedən idman tədbiri iyunun 14-nə təsadüf edir.
Məlumata görə, iyunun 14-ü ABŞ-də Milli Bayraq Günü kimi qeyd olunur və eyni zamanda ABŞ prezidenti Donald Trampın 80-ci ad gününə düşür. Bu səbəbdən Fransa tərəfi beynəlxalq tədbirin diqqət mərkəzindən yayınmaması üçün təqvimə düzəliş etməyi məqsədəuyğun sayıb.
Rəsmi dairələr bildiriblər ki, sammitin məzmunu və gündəliyi dəyişməz qalacaq, yalnız texniki xarakterli tarix uyğunlaşdırılması aparılıb.
