Beynəlxalq reytinq agentliyi Fitch Fransa-nın kredit reytinqini endirmək qərarı qəbul edib.
Redaksiya AFP-yə istinadla xəbər verir ki, bu addım ölkənin iqtisadi göstəriciləri və maliyyə sabitliyi ilə bağlı artan risklərlə əsaslandırılıb.
Məlumata görə, qiymətləndirmədə dövlət borcunun artımı, büdcə kəsiri və iqtisadi artım tempinin zəifləməsi əsas amillər kimi göstərilib. Analitiklər bildirirlər ki, Fransa hökumətinin yaxın illərdə maliyyə siyasətində ciddi islahatlara getməsi zəruri olacaq.
