Fənərbağçada prezident seçkilərinin nəticələri açıqlanıb

Fənərbağçada prezident seçkilərinin nəticələri açıqlanıb

Fərid Əlizadə · İdman ·

Fənərbağça idman klubunda keçirilən prezident seçkiləri başa çatıb və səsvermənin nəticələri müəyyənləşib. İstanbulda yerləşən Çobani Stadionunda təşkil olunan seçkidə minlərlə azarkeş iştirak edib.

Redaksiya xəbər verir ki, rəsmi olmayan nəticələrə əsasən, Səadəddin Saran səslərin 50,44 faizini (12.331 səs) toplayaraq seçkilərin qalibi olub. Ali Koç isə 49,56 faiz (12.113 səs) nəticə göstərib. İki namizəd arasındakı fərq cəmi 217 səs olub.

Seçkinin başa çatması ilə Fənərbağçada yeni rəhbərliyin formalaşdırılacağı gözlənilir. Qalib gələn namizədin yaxın günlərdə klubun gələcək planlarını və prioritetlərini ictimaiyyətə təqdim edəcəyi bildirilir.