FBI rəhbərliyi ətrafında gərginlik artır

FBI rəhbərliyi ətrafında gərginlik artır

Sevinc Kərimova · Media ·

FBI direktoru Keş Patelin mümkün daxili məlumat sızmalarını müəyyənləşdirmək üçün qurumun hazırkı və keçmiş əməkdaşlarına poliqraf testləri təyin etdiyi bildirilir.

Redaksiya MS NOW-a istinadla xəbər verir ki, testlərdən keçənlər arasında Patelin təhlükəsizlik xidməti üzvləri və informasiya texnologiyaları əməkdaşları da olub.

Məlumata görə, poliqraf yoxlamaları iki ondan çox şəxsə şamil edilib. Məqsəd FBI daxilindən mediaya mümkün məlumat sızmalarının mənbəyini müəyyənləşdirmək olub.

ABŞ mediası yazır ki, Keş Patel son vaxtlar idarəçilik üslubu və davranışı ilə bağlı bir sıra qalmaqallardan sonra FBI-nin yüksək rəhbərliyi daxilində daha təcrid olunmuş vəziyyətə düşüb.

FBI rəhbərliyi məsələ ilə bağlı geniş açıqlama verməyib.