FBI Epşteyn işi ilə bağlı məşhurların adlarını açıqladı

FBI Epşteyn işi ilə bağlı məşhurların adlarını açıqladı

Sevinc Kərimova · Kriminal ·

ABŞ Ədliyyə Nazirliyi və Federal Təhqiqat Bürosu (FBI) milyarder Cefri Epşteynin istismar şəbəkəsi ilə bağlı istintaqın yekun nəticələrini açıqlayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, aparılan son araşdırmalar nəticəsində ictimaiyyətdə tez-tez müzakirə olunan “müştəri siyahısı” və ya “şantaj faylı”na dair heç bir sübut tapılmayıb.

ABŞ rəsmiləri bildiriblər ki, Klinton, Tramp, Prins Endryu, Kevin Speysi, Devid Kopperfild kimi tanınmış şəxslərin adlarının hallandığı iddialar əsassızdır və onların hər hansı formada ittiham olunmasını tələb edən yeni bir dəlil yoxdur.

Epşteynin 2019-cu ildə həbsdə olarkən Nyu-Yorkdakı Metropoliten Həbsxanasında ölməsi ilə bağlı aparılan yenidən araşdırmada isə onun ölümü rəsmi şəkildə intihar kimi təsdiqlənib. İstintaq zamanı cinayət və ya sui-qəsd ehtimalını təsdiqləyən heç bir sübut tapılmayıb.

Rəsmi açıqlamada, Epşteyn işi ilə bağlı əlavə bir cinayət işi açılmasını zəruri edəcək yeni sübutların və ya faktların ortaya çıxmadığı vurğulanıb.

Xatırladaq ki, Cefri Epşteyn 14 yaşlı qızlar da daxil olmaqla, azyaşlıların da iştirak etdiyi genişmiqyaslı istismar şəbəkəsi qurmaqda ittiham olunurdu. 2019-cu il avqustun 10-da onun həbsxana kamerasında ölü tapılması isə dünya mediasında böyük rezonans doğurmuşdu. İllərdir davam edən istintaqlara baxmayaraq, məşhur adlarla bağlı konkret cinayət məsuliyyəti müəyyən edilməyib.

Kənan Cəlilov