Əvvəl də bu videonu paylaşdı, bir gün sonra müharibə oldu. Yenə paylaşdı.. - VİDEO

Əvvəl də bu videonu paylaşdı, bir gün sonra müharibə oldu. Yenə paylaşdı.. - VİDEO

Yulduz Səlimov · Media ·

ABŞ Prezidentinin uzunmüddətli müşaviri və Ağ Evin aparat rəhbərinin müavini Den Skavino B-2 Spirit strateji bombardmançılarının videosunu paylaşıb.

Redaksiya xəbər verir ki, paylaşım ABŞ-İran gərginliyinin yenidən artdığı bir vaxtda diqqət çəkib.

Sosial şəbəkələrdə istifadəçilər xatırladır ki, Skavino daha əvvəl də B-2 bombardmançıları ilə bağlı görüntü paylaşmış, bundan sonra ABŞ və İsrail İrana qarşı hərbi əməliyyat keçirmişdi.

B-2 Spirit ABŞ ordusunun ən strateji hava platformalarından biri hesab olunur və dərin yeraltı hədəflərə zərbə endirmək üçün istifadə edilə bilən ağır bombalar daşıya bilir.

Hələlik Skavinonun son paylaşımının yeni hərbi əməliyyat siqnalı olub-olmadığı rəsmi şəkildə təsdiqlənməyib.

Lakin paylaşım Vaşinqtonun İrana qarşı hərbi hazırlıq səviyyəsi ilə bağlı müzakirələri yenidən gücləndirib.