Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Zirvəsində mətbuat konfransı zamanı Azərbaycanla bağlı mühüm açıqlama verib.
Redaksiya xəbər verir ki, Ərdoğan azərbaycanlı jurnalistin “Türk ordusu nə zaman Azərbaycana gələcək?” sualını cavablandırıb:
“Rus ordusu artıq Azərbaycandan ayrılıb. Onlar çıxdığına görə bu sualın hər hansı hüquqi və praktiki mənası qalmayıb.”
Ərdoğan əlavə edib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub və bundan sonra da əməkdaşlıq və strateji tərəfdaşlıq davam edəcək.
Sevinc Kərimova
