Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenskiy arasında telefon danışığı olub.
Redaksiya xəbər verir ki, liderlər Türkiyə-Ukrayna münasibətlərini, Rusiya-Ukrayna münaqişəsini, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər. Ərdoğan Türkiyənin Rusiya və Ukrayna arasında yüksək səviyyəli dialoqa vasitəçilik etməyə hazır olduğunu bildirib. O, Ankaranın Alyaska və Vaşinqtondakı prosesləri diqqətlə izlədiyini, davamlı sülhün təmin olunması üçün səyləri davam etdirdiyini və sülhdən sonra Ukraynanın təhlükəsizliyinə dəstək verəcəyini vurğulayıb.
Bu arada Rusiya qoşunları Kiyevdə yerləşən BAYKAR PUA zavodunu bir daha hədəfə alıb. Hücumun nəticələri barədə ətraflı məlumat verilməyib.
Sevinc Kərimova
