Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial platforma NSosyal-da paylaşım edərək ABŞ rezidenti Donald Tramp ilə Ağ Evdə keçirəcəyi görüş barədə açıqlama verib. O, görüşdə iki ölkə arasında mövcud strateji əlaqələr çərçivəsində mühüm mövzuların müzakirə olunacağını bildirib.
Redaksiya xəbər verir ki, Ərdoğan paylaşımında ABŞ-la müttəfiq münasibətlərin ticarət, investisiya və müdafiə sənayesi sahələrində daha da inkişaf etdirilməsinin əsas gündəm mövzularından olacağını vurğulayıb. Türkiyə lideri Tramp ilə aparılacaq müzakirələrin ölkələrarası əməkdaşlığı gücləndirəcəyinə ümidvar olduğunu qeyd edib.
Ərdoğan həmçinin bu görüşün ortaq qlobal sülh vizyonu çərçivəsində bölgədəki müharibə və münaqişələrin dayandırılmasına töhfə verəcəyinə inandığını bildirib. O, tərəflərin qarşılıqlı etimad əsasında yeni əməkdaşlıq addımları atacaqlarına diqqət çəkib.
