İran xarici işlər naziri Abbas Əraqçi Tehran və Vaşinqton arasında danışıqlar və mesaj mübadiləsinin davam etdiyini bildirib.
Redaksiya xəbər verir ki, Əraqçi proseslə bağlı konkret nəticə əldə olunmadan yekun qiymətləndirmə aparmağın mümkün olmadığını deyib.
Onun sözlərinə görə, hazırda tərəflər arasında diplomatik təmaslar davam edir və proses hələ açıq qalır.
“Danışıqlar və mesaj mübadiləsi davam edir. Konkret nəticəyə çatmadan proses haqqında hökm vermək mümkün deyil”, — deyə Əraqçi bildirib.
İran XİN rəhbəri hazırda səsləndirilən məlumatların böyük hissəsinin spekulyasiya olduğunu vurğulayıb.
“Hazırda deyilənlərin çoxu sadəcə ehtimaldır və ciddi qəbul edilməməlidir”, — deyə o qeyd edib.
Açıqlama İran və ABŞ arasında mümkün razılaşma, Hörmüz boğazı, sanksiyalar və nüvə proqramı ilə bağlı ziddiyyətli məlumatların yayıldığı dövrə təsadüf edir.
