Elnarə Baxış ETX-nin mətbuat katibi təyin olunub

Elnarə Baxış ETX-nin mətbuat katibi təyin olunub

Fərid Əlizadə · İqtisadiyyat ·

Elnarə Baxış Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə (ETX) mətbuat katibi təyin olunub.

Redaksiya xəbər verir ki, Elnarə Baxış Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Ayrı-ayrı dövrlərdə müxtəlif televiziyalarda müxbir və aparıcı kimi fəaliyyət göstərib.

Son beş ildə isə o, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsində böyük məsləhətçi vəzifəsində çalışıb.