Elm və Təhsil Nazirliyi 10 milyonluq tenderi dövlətə borclu şirkətə verdi

Elm və Təhsil Nazirliyi 10 milyonluq tenderi dövlətə borclu şirkətə verdi

Aytac Dəniz · İqtisadiyyat ·

Respublikanın bir sıra təhsil müəssisələrində əsaslı təmir işləri həyata keçiriləcək.

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin bununla bağlı tenderinin qalibi “S.H. İnşaat Xidməti” MMC olub.

Müqaviləyə əsasən, qurum şirkətə 9 milyon 193 min 250 manat ödəniş edəcək.

Qeyd edək ki, “S.H. İnşaat Xidməti” MMC-nin nizamnamə kapitalı 50 manat, qanuni təmsilçisi isə Səməd Heydərov İsmayıl oğludur. 

Maraqlı məqam odur ki, şirkətin 71 min 157 manat vergi borcu olduğu göstərilir.

Qeyd edək ki, qanunvericiliyə görə, vergi borcu olan şirkətin dövlət satınalmalarında iştirak hüququ yoxdur.

Plat.az