Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb. Məktubda Türkiyənin tanınmış tarixçisi, professor Dr. İlber Ortaylının vəfatı ilə bağlı dərin kədər ifadə olunub.
Redaksiya məlumat verir ki, Prezident Əliyev məktubunda qeyd edib ki, professor Dr. İlber Ortaylı öz intellektual şəxsiyyəti, bilik və təcrübəsi, kitabları, tədqiqatları və akademik fəaliyyəti ilə xalqın hörmətini qazanmış, Prezidentlik Mədəniyyət və İncəsənət Böyük Mükafatına layiq görülmüş dəyərli bir şəxsiyyət idi.
Azərbaycan Prezidenti professor Dr. İlber Ortaylıya Allahdan rəhmət diləyib, onun kədərli ailəsinə, tələbələrinə, dostlarına, bütün yaxınlarına və elm aləminə başsağlığı verib.
