Ehud Barak: “İranla müharibənin artıq məntiqi izahı yoxdur” – VİDEO

Ehud Barak: “İranla müharibənin artıq məntiqi izahı yoxdur” – VİDEO

Sevinc Kərimova · Siyasət ·

İsrailin sabiq baş naziri Ehud Barak yerli televiziyaya verdiyi açıqlamada ABŞ və İsrailin İranın nüvə proqramını hərbi yolla dayandıra bilməyəcəyini bildirib. Onun sözlərinə görə, bu proqram yalnız rejim dəyişikliyi ilə dayandırıla bilər, əks halda nüvə ambisiyaları davam edəcək.

Redaksiya xəbər verir ki, Barak bu cür müharibənin artıq məntiqi əsasının olmadığını və Vaşinqtonun tarixən Koreya, Vyetnam, İraq və Əfqanıstan kimi münaqişələrdə qələbə qazana bilmədiyini xatırladıb. O, ABŞ-ın daha realist yol seçməli olduğunu vurğulayaraq, İranla danışıqlara və qarşılıqlı razılaşmalara yönəlməyə çağırıb.

Barakın bu çıxışı, bölgədə gərginliyin artdığı və ABŞ-İran münasibətlərində yeni mərhələnin gözlənildiyi bir dövrdə diqqət çəkir.

Sevinc Kərimova