Əhməd əş-Şara qardaşlarını vəzifədən uzaqlaşdırıb

Əhməd əş-Şara qardaşlarını vəzifədən uzaqlaşdırıb

Könül Məmmədova · Media ·

Suriya Prezidenti Əhməd əş-Şara nepotizm ittihamlarının qarşısını almaq üçün qardaşlarını yüksək dövlət vəzifələrindən uzaqlaşdırıb.

Redaksiya məlumat verir ki, prezident bu addımla hakimiyyət modelini keçmiş Əsəd ailəsi idarəçiliyindən fərqləndirməyə çalışır.

Məlumata görə, Şaranın qardaşı Maher prezident administrasiyasındakı güclü vəzifəsini itirib və onun yerinə başqa şəxs təyin edilib.

Digər qardaşı Hazem də yüksək iqtisadi vəzifədən ayrılıb.

Bundan əvvəl isə üçüncü qardaşının ailə adından istifadə edərək biznes fəaliyyətində üstünlük əldə etməsi iddialarından sonra həmin fəaliyyətlərin dayandırıldığı bildirilmişdi.