Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) ofisində Dünya Bankı Qrupunun ekspertləri və yerli biznes nümayəndələrinin iştirakı ilə dəyirmi masa müzakirəsi baş tutub.
Tədbirdə Dünya Bankı Qrupunun özəl sektor üzrə baş mütəxəssisi və layihə üzrə İşçi Qrupunun həmsədri Tuğba Gürcanlar, baş iqtisadçı Lukaş Marek Mark və maliyyə sektoru üzrə iqtisadçı Patrik Doerti tərəfindən "Layihə dizaynı üzrə müzakirələrin yenilənməsi, alətlərin/ölçmə vasitələrinin müvafiqliyinin və məqsədəuyğunluğunun nəzərdən keçirilməsi və təsdiqi" mövzusunda təqdimat edilib.
Görüş zamanı xüsusilə aşağıdakı istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılıb:
- Sahibkarların maliyyə resurslarına əlçatanlığının artırılması;
- Kredit zəmanəti və kapital maliyyələşdirilməsi komponentlərinin icrası üçün zəruri olan institusional, maliyyə və hüquqi mexanizmlər;
- Kiçik və orta sahibkarların bu sahələrdə qarşılaşdığı əsas çağırışlar və həlli yolları.
Yerli biznes nümayəndələrinin aktiv iştirakı ilə keçən müzakirələr özəl sektorun inkişafına dəstək məqsədi daşıyan yeni yanaşmaların formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edib.
