Dünya Azərbaycanın uğurlu enerji təhlükəsizliyi siyasətinə bir daha şahidlik edir

Dünya Azərbaycanın uğurlu enerji təhlükəsizliyi siyasətinə bir daha şahidlik edir

Sevinc Kərimova · Siyasət ·

Ənənəvi Bakı Enerji Həftəsində bütün dünya Azərbaycanın uğurlu enerji təhlükəsizliyi siyasətinə və icraçısına çevrildiyinə, xoş töhfələrini dünyaya bəxş etmək istiqamətində səylə çalışmasına bir daha şahidlik edir.

Bu gün bəşəriyyətin gələcəyini düşünən ölkələr tərəfindən bərpaolunan enerji sahəsində əsası qoyulan layihələr yeni eranın başlanğıcından xəbər verir. Bu faktdır ki, yaşıl enerjiyə keçid dünya dövlətləri üçün tarixi şansdır. Bu böyük tarixi yola baş vuran dövlətlər isə yeni iqtisadi inkişaf imkanları əldə etməklə yanaşı qlobal aləmdə birlik nümayiş etdirərək, gələcəyin təminatçısına çevrilmə imkanı əldə edirlər. Sevindiricidir ki, bu mənada bəşəriyyətin gələcəyini düşünən ölkələrdən biri də vətənimiz Azərbaycandır. Bu günlərdə öz işinə başlayan sayca 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz-“Caspian Oil&Gas” və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin birləşdiyi Bakı Enerji Həftəsi vurğuladığımız sahədə proaktiv addımların atılmasına və bu sahədə səyləri birləşdirməyə təşviq edir. Bəli, Bakı Enerji Həftəsi Azərbaycanın enerji imkanlarının yenidən təqdim olunmasına bir daha şərait yaradır. Bununla da, həm regionun, həm də Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın rolunun önəmliliyini və bu xüsusda Qərbin dövlətimizə artan dəstəyi ilə yanaşı ABŞ-la da tərəfdaş olduğumuzu bir daha nümayiş etdirir.

Ənənəvi Bakı Enerji Həftəsində bütün dünya Azərbaycanın uğurlu enerji təhlükəsizliyi siyasətinə və icraçısına çevrildiyinə, xoş töhfələrini dünyaya bəxş etmək istiqamətində səylə çalışmasına bir daha şahidlik edir. Açılış mərasimində dərin məzmunlu çıxış edən Möhtərəm Prezident cənab İlham Əliyev bu istiqamətdə səyləri səfərbər etməyə, iddialardan əl çəkməyə, diqqəti gələcək nəsillərin sağlam yaşamasın yönəltməyə çağırdı.

Qeyd edək ki, bu dəfəki sərginin təqdirəlayiq məqamlarından biri Azərbaycanın təşəbbüskarı olduğu və beynəlxalq səviyyədə dəstəklənən, ən mühüm investorların diqqətini cəlb edən yaşıl enerji layihələrinin də əlavə olunmasıdır. Artıq heç kəsdə şübhə yoxdur ki, qısa zaman kəsiyində yüz illər ərzində əldə edilə biləcək uğurlara imza atan Azərbaycan aparılan məqsədyönlü, düşünülümüş siyasət nəticəsində bundan sonra da inkişaf edəcək, dünyada yaratdığı etibarlı tərəfdaş və dost imicini daha da möhkəmləndirəcəkdir.

Mahir İsmayılov;
Neftçala rayonu