Dubayda bir neçə partlayış səsi eşidilib

Dubayda bir neçə partlayış səsi eşidilib

Yulduz Səlimov · Media ·

Dubay şəhərində bir neçə partlayış səsinin eşidildiyi bildirilir.

Redaksiya məlumat verir ki, sosial şəbəkələrdə və yerli mənbələrdə yayılan məlumatlara görə, partlayış səsləri şəhərin müxtəlif bölgələrində eşidilib.

Hadisənin səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Yerli mənbələr partlayışların hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti ilə əlaqəli ola biləcəyini yazır.

Dubayda vəziyyətlə bağlı əlavə məlumatların yayılacağı gözlənilir.