Dövlət Baxçalı: “ABŞ-ın İranı bombalaması skandal və məsuliyyətsizlikdir”

Dövlət Baxçalı: “ABŞ-ın İranı bombalaması skandal və məsuliyyətsizlikdir”

Sevinc Kərimova · Siyasət ·

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ABŞ-ın İrandakı nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücumu kəskin şəkildə tənqid edib.

Redaksiya xəbər verir ki, Baxçalı yazılı açıqlamasında bildirib: “ABŞ-ın İran və İsrail arasında baş verən faktiki müharibəyə müdaxilə edərək, hədəf seçildiyi deyilən üç nüvə obyektini bombalaması açıq şəkildə bir skandal və məsuliyyətsizlikdir.

MHP lideri vurğulayıb ki, vəziyyət son dərəcə ciddidir: “Hədəf ölkələr siyahısını düzgün oxumaq, düzgün şərh etmək və buna uyğun mövqe tutmaq müstəqillik və dövlətin gələcəyi məsələsidir.

O, həmçinin sözlərinə əlavə edib: “İraq, Suriya və İrandan sonra növbəti hədəfin hansı ölkə olacağını təxmin etmək üçün kahin olmağa ehtiyac yoxdur.

Sevinc Kərimova