The Telegraph-ın məlumatına görə, ABŞ prezidenti Donald Tramp administrasiyası Ukrayna ilə Rusiya arasında müharibəni dayandırmaq üçün mübahisəli məzmunlu yeni sülh planı təklif edib. Sənəddə Donbas bölgəsinin Rusiya tərəfindən müəyyən müddətə icarəyə götürülməsi nəzərdə tutulur.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, plana əsasən Ukrayna bölgə üzərində hüquqi suverenliyini saxlayacaq, lakin faktiki idarəetmə müəyyən müddətə Moskvaya veriləcək. Bunun müqabilində Rusiya tərəfinin icarə haqqı ödəməsi təklif olunur.
Təklif Ukraynada ciddi narahatlıq doğurub. Ekspertlər bildirirlər ki, belə bir mexanizm bölgənin statusunu qeyri-müəyyən vəziyyətə sala və gələcək siyasi nizamlamanı çətinləşdirə bilər. Kievin bu cür təklifi qəbul edib-etməyəcəyi isə hələlik bəlli deyil.
