Dell süni intellektli kompüterlərə tələbatın məhdud olduğunu etiraf etdi

Dell süni intellektli kompüterlərə tələbatın məhdud olduğunu etiraf etdi

Səidə Əsədli · Texnologiya ·

Dell şirkəti CES 2026 sərgisində verdiyi açıqlamada yeni məhsul xəttinin yalnız süni intellekt üzərində qurulmayacağını bildirib və süni intellekt funksiyaları olmayan kompüterlərin də istehsal ediləcəyini açıqlayıb.

Redaksiya PC Gamer-a istinadla xəbər verir ki, Dell-in məhsullar üzrə rəhbəri Kevin Tervilliger istehlakçıların cihazları süni intellektə görə deyil, konkret nəticə və faydaya görə aldığını vurğulayıb və süni intellektin bir çox hallarda alıcıları çaşdırdığını qeyd edib.

Onun sözlərinə görə, süni intellekt istehlakçılara məhsulun real imkanlarını anlamaqda kömək etmək əvəzinə, bəzən əks təsir yaradır və bu səbəbdən Dell marketinq strategiyasını yenidən nəzərdən keçirib.

Məlumata əsasən, Dell süni intellekt texnologiyalarından tam imtina etmir, lakin bu anlayışın satışları artırmaq üçün effektiv vasitə olmadığını qəbul edir və son cihaz modellərinin reklam materiallarında süni intellektə xüsusi vurğu edilmir, baxmayaraq ki, avadanlıqlar müasir texnologiyalarla uyğun olaraq qalır.