David Alimbaraşvili “AccessBank"ın rəhbərliyindən getdi

David Alimbaraşvili “AccessBank"ın rəhbərliyindən getdi

Aytac Dəniz · İqtisadiyyat ·

“AccessBank” QSC-nin İdarə heyətinin üzvü, Baş risk inzibatçısı vəzifəsindən ayrılıb.

David Alimbaraşvili sözügedən vəzifədən azad edilib.

D.Alimbaraşvili 2023-cü ildə Bankın Baş risk inzibatçısı və İdarə heyətinin üzvü təyin olunmuşdu. 

Qeyd edək ki, “AccessBank”ın İdarə heyətinin sədri Davit Tsiklauri, üzvləri isə, Orxan İsmayılov, Renat Hümbətov və Teymur Ağakişiyevdir.

Xatırladaq ki, sentyabrın 11-də “Bank Respublika” və “AccessBank”ın səhmdarları “AccessBank”ın səhmlərinin 100%-nin “Bank Respublika” tərəfindən alınmasını nəzərdə tutan əqdin əsas şərtlərini təsdiqləyiblər. Açıqlamaya əsasən, səhmlərin alınmasından sonra banklar ilkin mərhələdə ayrı fəaliyyət göstərəcək, daha sonra müvafiq tənzimləyici tələblərə uyğun olaraq vahid bankda birləşdiriləcəklər.

Plat.az