Danimarka baş naziri yeni dünya düzənindən danışdı

Danimarka baş naziri yeni dünya düzənindən danışdı

Nizami Salmanov · Media ·

Danimarkanın Baş naziri Mette Frederiksen dünya düzəninin sürətlə dəyişdiyini və bu prosesin düzgün istiqamətdə getmədiyini bildirib.

Redaksiya xəbər verir ki, Frederiksen orta güclərin bir-birinə daha yaxın dayanmalı, birlikdə hərəkət etməli və əməkdaşlığı gücləndirməli olduğunu deyib.

Onun sözlərinə görə, Skandinaviya ölkələri ayrı-ayrılıqda çox kiçik olduqları üçün tam mənada orta güc hesab olunmaya bilər.

Frederiksen bildirib ki, lakin Danimarka, İsveç, Norveç və digər Skandinaviya ölkələri birlikdə hərəkət etdikdə real orta gücə çevrilirlər.

Danimarka liderinin açıqlaması Avropada təhlükəsizlik, müdafiə və regional əməkdaşlıq məsələlərinin daha çox ön plana çıxdığı dövrə təsadüf edir.