Danimarkanın Baş naziri Mette Frederiksen uşaqların sosial mediadan istifadəsi ilə bağlı sərt açıqlama verib.
Redaksiya xəbər verir ki, Frederiksen sosial medianın azyaşlıların psixoloji sağlamlığı və təhlükəsizliyi üçün ciddi risk yaratdığını bildirib.
“Bu gün azyaşlı uşaqlarım olsaydı, onları sosial mediada tək buraxmaqdansa, siqaret çəkmələrinə üstünlük verərdim”, — deyə Frederiksen bildirib.
Baş nazir əlavə edib ki, bu fikri vəzifədə olan hökumət rəhbəri kimi açıq şəkildə demək istəməzdi.
Frederiksenin sözləri Danimarkada uşaqların internet təhlükəsizliyi, sosial media asılılığı və texnologiya şirkətlərinin məsuliyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Danimarka hökuməti son illərdə uşaqların rəqəmsal platformalarda qorunması, yaş məhdudiyyətləri və sosial media şirkətlərinə qarşı daha sərt tənzimləmə tədbirlərini müzakirə edir.
