Claude Code fasiləsiz iş rejimində işləyir

Claude Code fasiləsiz iş rejimində işləyir

Fərid Əlizadə · Media ·

Anthropic şirkəti Claude Code servisində paralel agentlər və uzunmüddətli kodlama tapşırıqları üçün yeni imkanları genişləndirib.

Redaksiya Anthropic sənədlərinə və The Verge-ə istinadla xəbər verir ki, Claude Code artıq bir neçə aktiv kodlama sessiyasını eyni interfeysdə idarə etməyə imkan verir. Bu yenilik developer-lərin müxtəlif terminal pəncərələri arasında keçid etmədən bir neçə agentin işini paralel izləməsini asanlaşdırır.

Yeni agent idarəetmə yanaşması istifadəçiyə müxtəlif tapşırıqları ayrı-ayrı Claude sessiyalarına bölməyə, onların statusunu izləməyə və lazım gəldikdə müdaxilə etməyə şərait yaradır. Bu, Claude Code-u tək köməkçi alətdən daha çox çoxagentli development platformasına yaxınlaşdırır.

Şirkət həmçinin “auto mode” adlı eksperimental rejimi təqdim edib. Bu rejimdə Claude Code bəzi təhlükəsiz əməliyyatları istifadəçidən daimi təsdiq almadan yerinə yetirə bilir, lakin fayl silinməsi, həssas məlumatların açılması və riskli kod icrası kimi hallarda yenə də xəbərdarlıq və ya müdaxilə tələb olunur.

Buna görə “servis tapşırığı heç bir məhdudiyyət olmadan ideal nəticəyə qədər özü həll edəcək” ifadəsi tam dəqiq deyil