Çinin Quanqsi bölgəsində 5,2 bal gücündə zəlzələ baş verib.
Redaksiya xəbər verir ki, yeraltı təkanlar ölkənin cənub-qərb hissəsində qeydə alınıb.
İlkin məlumatlara görə, zəlzələ nəticəsində iki nəfər həyatını itirib, dörd nəfər yaralanıb. Bundan əlavə, bir nəfərin itkin düşdüyü və axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi bildirilir.
Hadisə bölgəsində bəzi tikililərə ziyan dəyib. Yerli hakimiyyət orqanları və fövqəladə xidmətlər təhlükəsizlik tədbirlərini gücləndirib.
Hazırda dağıntıların miqyası və zərərin ümumi həcmi ilə bağlı dəqiq məlumat açıqlanmayıb.
