Çin yeni BMT baş katibi üçün əsas meyarları açıqladı

Çin yeni BMT baş katibi üçün əsas meyarları açıqladı

Nizami Salmanov · Media ·

Çin yeni BMT baş katibində axtarılmalı olan əsas keyfiyyətləri açıqlayıb.

Redaksiya xəbər verir ki, Pekin namizədin ilk növbədə BMT Nizamnaməsinə və təşkilatın əsas prinsiplərinə sadiq olmalı olduğunu bildirib.

Çin tərəfinə görə, yeni baş katib güclü siyasi və diplomatik təcrübəyə malik olmalıdır.

Namizəd böyük beynəlxalq məsələlərdə ədaləti müdafiə etməli, xüsusilə inkişaf etməkdə olan ölkələrin maraqlarını nəzərə almalıdır.

Pekin həmçinin BMT sisteminin daha effektiv işləməsi üçün islahatların düzgün istiqamətini müəyyən edə biləcək liderə ehtiyac olduğunu vurğulayıb.

Çin hesab edir ki, yeni baş katib kompetent, ədalətli və məsuliyyət götürməyi bacaran şəxs olmalıdır.

Açıqlama BMT-də islahatlar, qlobal idarəetmə və inkişaf etməkdə olan ölkələrin təşkilatda daha böyük rol alması ilə bağlı müzakirələrin gücləndiyi dövrə təsadüf edir.