Çin şirkəti yeni aşağı qiymətli kamikadze PUA hazırladı

Çin şirkəti yeni aşağı qiymətli kamikadze PUA hazırladı

Yulduz Səlimov · Media ·

Çin pilotsuz uçuş aparatı (PUA) şirkəti "Beybi Şahed" adlı yeni kamikadze PUA inkişaf etdirib. Bu aparat aşağı qiymətli və qısa mənzilli xüsusiyyətlərə malikdir.

Redaksiya xəbər verir ki, pilotsuz uçuş aparatının vahid qiyməti təxminən 1000 dollar təşkil edir. Sistem 20-30 kilometr mənzilə malik olub, saatda 200 kilometr sürətə çata bilir.

Yeni PUA-nın istifadəsi olduqca sadədir. Aparatı əllə və ya sadə buraxılış qurğularından havaya qaldırmaq mümkündür.