Çin 3D çap texnologiyası vasitəsilə ultra yüngül turbojet mühərriki hazırlayıb və onun uçuş sınağını da uğurla həyata keçirib.
Redaksiya xəbər verir ki, layihənin məqsədi yüksək sürətli hava nəqliyyat vasitələrinin və pilotsuz sistemlərin daha səmərəli və kompakt güc qurğuları ilə təmin edilməsidir.
Mühəndislərin sözlərinə görə, 3D çap texnologiyası istehsal prosesini sürətləndirir, xərcləri azaldır və mürəkkəb detalların yüksək dəqiqliklə hazırlanmasına imkan verir.
Ekspertlər hesab edir ki, Çinin bu sahədəki irəliləyişi həm hərbi, həm də mülki aviasiya üçün strateji əhəmiyyət daşıyır.
Fərid Əlizadə
