Çin 10G internet texnologiyasına keçdiyini rəsmən açıqlayıb. Bu addım ölkənin telekommunikasiya sahəsində sürət və texnologiya baxımından yeni bir mərhələyə qədəm qoyduğunu göstərir.
Redaksiya xəbər verir ki, "10G PON" (Passiv Optik Şəbəkə) texnologiyası çərçivəsində Çin bir çox bölgələrdə 10 Gbps sürətli internet xidmətini aktiv edib. Bu sistemlə istifadəçilər daha sabit və ultra sürətli internet təcrübəsi əldə edəcək, həm evlərdə, həm də sənaye sahələrində yüksək performanslı əlaqə təmin olunacaq.
Çin rəsmiləri bildirirlər ki, bu keçid yalnız fərdi istifadəçilərə deyil, eyni zamanda süni intellekt, ağıllı şəhərlər və böyük data mərkəzlərinin inkişafına da böyük töhfə verəcək.
Ekspertlər qeyd edir ki, Çin 10G texnologiyasını kommersiyalaşdıran ilk ölkələrdən biri olmaqla, rəqəmsal infrastruktur sahəsində qlobal liderliyə doğru mühüm addım atır.
Hazırda layihənin genişləndirilməsi və daha çox şəhərdə istifadəyə verilməsi istiqamətində işlər davam etdirilir.
Fərid Əlizadə
