ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Kennediyə qarşı sui-qəsdlə bağlı yeni sensasion faktı səssiz şəkildə təsdiqləyib.
Redaksiya MJTruthUltra təxəllüsü ilə məşhur olan araşdırmaçıya istinadla xəbər verir ki, psixoloji müharibə üzrə ixtisaslaşmış CIA zabiti Corc Coanides, prezident Con Kennedinin qətlindən əvvəl Li Harvi Osvaldla təmasda olan gizli əməliyyata rəhbərlik edib. Bu fakt təşkilatın uzun illər gizli saxladığı sənədlərin yenidən açıqlanması nəticəsində üzə çıxıb.

Əsas sübut isə 17 yanvar 1963-cü il tarixli məxfi CIA sənədidir. Həmin sənəddə Coanidesə saxta şəxsiyyət vəsiqəsi və "Hovard Gebler" adlı saxta adla fəaliyyət göstərməsi tapşırılıb.
Qeyd edək ki, bu günə qədər CIA rəsmi şəkildə Coanidesin "Hovard" ləqəbini daşıdığını inkar edib. "Hovard" kod adı isə Fidel Kastroya qarşı mübarizə aparan anti-kommunist "Kuba Tələbə Direktorluğu" təşkilatı ilə işləyən CIA nümayəndəsi kimi tanınıb.
İllərlə CIA həmçinin həmin tələbə qrupunun fəaliyyətinə heç bir əlaqəsinin olmadığını iddia edib. Halbuki məlum olub ki, həmin qrup Osvaldın pro-Kastro mövqeyini prezident Kennediyə sui-qəsddən dərhal sonra geniş yayaraq ictimai rəyə təsir edib.
Ekspertlər hesab edir ki, bu yeni faktlar Kennedinin qətli ətrafında illərlə davam edən sui-qəsd nəzəriyyələrini daha da gücləndirir və CIA-nin bu məsələdəki real rolunun daha dərindən araşdırılmasına səbəb olacaq.
Sevinc Kərimova
