ChatGPT bir sorğuda yalnız bir damcı su və çox az enerji sərf edir

ChatGPT bir sorğuda yalnız bir damcı su və çox az enerji sərf edir

Fərid Əlizadə · Texnologiya ·

OpenAI-nin baş direktoru Sem Altman, ChatGPT-nin ekoloji təsiri ilə bağlı önəmli detalları bölüşüb. Onun sözlərinə görə, bir istifadəçi sorğusunun cavablandırılması üçün ChatGPT təxminən 0.34 vat-saat enerji 0.000085 gallon (təxminən 0.32 ml və ya 0.32 qram) su istifadə edir.

Redaksiya xəbər verir ki, bu miqdar bir LED lampanın bir neçə dəqiqə yanması və ya bir damcıdan da az su sərfiyyatına bərabərdir. Altmanın sözlərinə görə, bu göstəricilər süni intellektin enerji səmərəliliyi baxımından olduqca qənaətcil işlədiyini göstərir.

O həmçinin bildirib ki, gələcəkdə — xüsusilə 2030-cu illərdə — enerji daha əlçatan olacaq və süni intellektdən istifadə xərcləri kəskin şəkildə azalacaq. Bu da texnologiyanın daha geniş miqyasda tətbiqinə yol açacaq.

Mütəxəssislər hesab edir ki, bu rəqəmlər süni intellektin ekoloji təsirinin daha dərindən öyrənilməsinə və onun daha dayanıqlı hala gətirilməsinə yardım edə bilər.

Fərid Əlizadə