Ceyhun Bayramov ABŞ

Ceyhun Bayramov ABŞ

Aytac Dəniz · Siyasət ·

Xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin Nyu York şəhərinə işgüzar səfərə yola düşüb.

Redaksiya XİN-ə istinadən xəbər verir ki, səfər çərçivəsində, mayın 26-da Ceyhun Bayramovun BMT Təhlükəsizlik Şurasının “BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin qorunması və BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsi” mövzusunda yüksəksəviyyəli iclasda çıxışı nəzərdə tutulub.

Bununla yanaşı, nazirin yüksəksəviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi planlaşdırılır.