CENTCOM: "Əbrahəm Linkoln"a zərbə endirilməsi barədə məlumat həqiqətə uyğun deyil

CENTCOM: "Əbrahəm Linkoln"a zərbə endirilməsi barədə məlumat həqiqətə uyğun deyil

Redaksiya · Media ·

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) "Əbrahəm Linkoln" aviadaşıyıcısına ballistik raket zərbəsi endirilməsi barədə yaydığı məlumatı təkzib edib. Bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, CENTCOM-un yaydığı bəyanatda qeyd olunur ki, "Linkoln təsirlənməyib. Atılan raketlər heç yaxına belə gəlməyib. Linkoln, İran rejiminin təhdidlərini aradan qaldırmaqla Amerika xalqını qorumaq üçün CENTCOM-un amansız kampaniyasını dəstəkləmək məqsədilə təyyarə buraxmağa davam edir".

Daha əvvəl İİKK iddia etmişdi ki, Amerika "Əbrahəm Linkoln" aviadaşıyıcısı dörd ballistik raketlə vurulub. EADaily-nin məlumatına görə, İİKK-nin bildirdiyinə görə, onlar İran körfəzində Amerika aviadaşıyıcısı "Əbrahəm Linkoln"a zərbə endiriblər. Bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.