Ceff Bezosun ailə keçmişi və DARPA ilə iddialı əlaqələri

Ceff Bezosun ailə keçmişi və DARPA ilə iddialı əlaqələri

Fərid Əlizadə · Maraqlı ·

Müxtəlif mənbələrdə yayılan məlumatlara görə, Amazon şirkətinin qurucusu Ceff Bezosun ailə tarixi ABŞ-in gizli hərbi-tədqiqat strukturları ilə əlaqələndirilir və bu əlaqələr ictimai müzakirələrə səbəb olur.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, Luxurylaunches nəşrinin iddiasına əsasən, Ceff Bezosun babası Lourens Preston Guis Pentaqonun tədqiqat qurumu olan DARPA-nın yaradılmasında iştirak edən əsas fiqurlardan biri olub və ARPANET layihəsinin formalaşmasında rol oynayıb.

Məlumatlarda bildirilir ki, Lourens Preston Guis həmçinin ləğv edilmiş Atom Enerjisi Komissiyasında çalışıb və onun fəaliyyəti dövründə Pensilvaniya ştatındakı NUMEC nüvə müəssisəsindən silah səviyyəli uranın yoxa çıxması ilə bağlı məşhur “Apollon işi” baş verib.

Qeyd olunur ki, sonralar Guis Atom Enerjisi Komissiyasına rəhbərlik edib, lakin illər sonra onun fəaliyyəti ilə bağlı sənədlərin informasiya sorğuları zamanı məhv edildiyi bildirilib; CNBC və digər mənbələr bu faktların Ceff Bezosun gələcəkdə qlobal məlumat toplama və saxlama imperiyası qurması ilə bağlı müxtəlif ehtimallara yol açdığını yazır.