Böyük Britaniya üçüncü ölkələrdə Rusiya neftindən istehsal olunan dizel və aviakerosinin idxalına icazə verib.
Redaksiya xəbər verir ki, Britaniya hökumətinin açıqladığı müddətsiz lisenziya mayın 20-dən qüvvəyə minəcək.
Bundan əvvəl Böyük Britaniyada Rusiya neftindən üçüncü ölkələrdə istehsal olunan neft məhsullarının idxalına qadağa tətbiq edilirdi. Bu məhdudiyyət 2025-ci ilin oktyabrından qüvvədə idi.
Oxşar addım daha əvvəl Avropa İttifaqı tərəfindən də atılıb. Aİ-də üçüncü ölkələrdə Rusiya neftindən hazırlanan neft məhsullarının idxalına qadağa yanvarın 21-dən tətbiq olunurdu.
ABŞ Maliyyə Nazirliyi də daha əvvəl Rusiya neftinin dəniz yolu ilə daşınmasına dair sanksiya istisnasını daha 30 gün uzadıb.
Qərarlar enerji bazarında təchizat riskləri, yanacaq qiymətləri və qlobal logistika gərginliyi fonunda qəbul edilir.
