Böyük Britaniyanın Müdafiə Nazirliyi DragonFire adlı yüksək güclü lazer sisteminin Hebrides poliqonunda aparılan sınaqlar zamanı saatda 400 mildən çox sürətlə hərəkət edən dronları məhv etdiyini açıqlayıb.
Redaksiya xəbər verir ki, bu uğurlu nəticələrdən sonra Nazirlik MBDA UK şirkəti ilə 316 milyon funt sterlinqlik müqavilə imzalayıb və sistemin 2027-ci ildən etibarən Type 45 esmineslərinə quraşdırılmasının planlaşdırıldığını bildirib.
Məlumata görə, DragonFire sistemi bahalı zenit-raket komplekslərinə alternativ kimi nəzərdə tutulur və “hard-kill” üsulu ilə hava hədəflərinin məhv edilməsini təmin edir. Bununla belə, sistemin effektivliyinin birbaşa görünüş məsafəsi və sabit enerji təchizatı kimi amillərdən asılı olduğu vurğulanır.
