Bolton Trampın xarici siyasət yanaşmasını tənqid etdi

Bolton Trampın xarici siyasət yanaşmasını tənqid etdi

Sevinc Kərimova · Media ·

ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton Donald Trampın xarici siyasət yanaşmasını sərt tənqid edib.

Redaksiya xəbər verir ki, Boltonun fikrincə, Tramp beynəlxalq münasibətləri dövlətlərarası strateji maraqlar kimi deyil, liderlər arasındakı şəxsi münasibətlər kimi görür.

Onun sözlərinə görə, Tramp Çin lideri Si Cinpinlə dost olduğunu düşünürsə, ABŞ-Çin münasibətlərinin də yaxşı olduğunu hesab edir.

Bolton bildirib ki, Tramp Si Cinpini “kral” adlandırır və həm Putinlə, həm də Si ilə dost olduğunu düşünür.

Lakin keçmiş müşavir hesab edir ki, Moskva və Pekin Trampa eyni münasibətlə yanaşmır.

“Zəmanət verirəm ki, onlar Trampı eyni şəkildə görmürlər. Məncə, həm Putin, həm də Si Trampı asanlıqla manipulyasiya edilə bilən biri kimi qiymətləndirir”, — deyə Bolton bildirib.

Açıqlama ABŞ-ın Rusiya və Çinlə münasibətləri, Trampın lider diplomatiyası və Vaşinqtonun qlobal strategiyası ilə bağlı müzakirələrin gücləndiyi dövrə təsadüf edir.