BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi HƏMAS haqqında faktları danışdı

BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi HƏMAS haqqında faktları danışdı

Sevinc Kərimova · Siyasət ·

BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanes HƏMAS-ın siyasi güc olaraq qəbul edilməli olduğunu bildirib.

Redaksiya xəbər verir ki, Albanes çıxışında HƏMAS-ın 2005-ci ildə demokratik seçkilərdə qalib gələrək hakimiyyətə gəldiyini xatırladıb. O vurğulayıb ki, təşkilat sadəcə silahlı qrup deyil, siyasi legitimliyə malikdir.

İnsanların HƏMAS-ın nə olduğuna dair təsəvvürü yoxdur. HƏMAS 2005-ci ildə seçkiləri qazandı, təhsil sistemi qurdu, xəstəxanalar açdı və Qəzzada hakimiyyət orqanına çevrildi”, – deyə Albanes qeyd edib.

Onun sözlərinə görə, bölgədəki reallığın düzgün dərk olunması beynəlxalq ictimaiyyətin addımlarını müəyyən etmək baxımından mühüm əhəmiyyət daşıyır.

Sevinc Kərimova