Bessent: İranın ən böyük səhvlərindən biri Körfəz qonşularına hücum idi

Bessent: İranın ən böyük səhvlərindən biri Körfəz qonşularına hücum idi

Fərid Əlizadə · Media ·

ABŞ maliyyə naziri Skott Bessent İranın ən böyük səhvlərindən birinin Körfəz ölkələrinə hücum etmək olduğunu bildirib.

Redaksiya xəbər verir ki, Bessentin sözlərinə görə, bu hücumlardan sonra ABŞ-ın regiondakı müttəfiqləri İran vəsaitləri ilə bağlı daha açıq və əməkdaş mövqe sərgiləməyə başlayıb.

Nazir bildirib ki, əvvəllər bəzi tərəfdaşlar İranın xaricdəki hesabları barədə Vaşinqtonla tam şəffaf davranmırdı.

Lakin Körfəz ölkələrinə hücumlardan sonra həmin dövlətlər İranla əlaqəli hesabların dondurulması və məlumatların ABŞ-la paylaşılması məsələsində daha fəal əməkdaşlığa keçib.

Bessent bunu Vaşinqtonun İrana qarşı iqtisadi təzyiq kampaniyasının mühüm nəticələrindən biri kimi təqdim edib.

ABŞ rəsmiləri son günlər İranın xarici aktivlərinə, SEPAH-la əlaqəli maliyyə şəbəkələrinə və Tehranla əməkdaşlıq edən banklara qarşı təzyiqin artırıldığını bildirirlər.

Məsələ İranla mümkün razılaşma, Hörmüz boğazı və regiondakı hərbi gərginlik fonunda gündəmə gəlib.