Redaksiya xəbər verir ki, Suriyanın sabiq prezidenti Bəşər Əsəd Moskvada zəhərlənərək xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu və həkimlərin təcili müdaxiləsi nəticəsində həyatının xilas edildiyi bildirilir.
Əldə edilən məlumatlara görə, Əsəd bir neçə gün xəstəxanada müşahidə altında saxlanılıb və iki gün əvvəl evə buraxılıb. Hadisənin detalları açıqlanmasa da, zəhərlənmə versiyası əsas ehtimal kimi qiymətləndirilir.
Rusiya polisi sui-qəsd iddiaları ilə bağlı araşdırmaya başlayıb. Hazırda laboratoriya müayinələri aparılır və məsələ ilə bağlı beynəlxalq müşahidəçilərin də məlumatlandırılacağı gözlənilir.
