Bekayi: Təkliflərimiz konstruktiv və məsuliyyətlidir

Bekayi: Təkliflərimiz konstruktiv və məsuliyyətlidir

Sevinc Kərimova · Media ·

İran Xarici İşlər Nazirliyi ABŞ-a göndərilən cavabın “məntiqli və əsaslı tələblərdən” ibarət olduğunu açıqlayıb.

Redaksiya İran Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, qurumun sözçüsü İsmayıl Bekayi Tehranın Vaşinqtondan hər hansı güzəşt tələb etmədiyini bildirib.

Onun sözlərinə görə, İran əksinə, müharibənin dayandırılmasını və dənizdə İran gəmilərinə qarşı “quldurluq” kimi qiymətləndirdiyi hərəkətlərin sona çatmasını istəyib.

Bekayi qeyd edib ki, İranın ABŞ tərəfinə təqdim etdiyi təkliflər konstruktiv və məsuliyyətli xarakter daşıyır.

İran XİN bildirib ki, Vaşinqtona göndərilən cavabda yer alan tələblər məntiqli, əsaslı və gərginliyin azaldılmasına yönəlikdir.