Bayraktar Türkiyədə ən çox vergi ödəyən şəxs oldu

Bayraktar Türkiyədə ən çox vergi ödəyən şəxs oldu

Fərid Əlizadə · İqtisadiyyat ·

Ölkədə ötən il ən yüksək məbləğdə vergi ödəyən şəxslərin siyahısı məlum olub. İlk sırada “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar qərarlaşıb.

Redaksiya xəbər verir ki, Səlcuq Bayraktar 2 milyard 767 milyon 587 min 718 türk lirəsi vergi ödəyərək birinci yerdədir. Onun ardınca qardaşı, “Baykar”ın baş direktoru Haluk Bayraktar gəlir — o, dövlət büdcəsinə 2 milyard 528 milyon 619 min 921 lirə köçürüb.

Siyahının üçüncü pilləsində adı açıqlanmayan şəxs qərarlaşıb. Dördüncü yerdə isə iş adamı Rahmi Koç 757 milyon 755 min 302 lirəlik ödənişlə yer alıb.

Beləliklə, 2024-cü ilin vergi rekortmenləri sırasında əsasən sənaye və müdafiə sahəsində fəaliyyət göstərən iş adamları üstünlük təşkil edib.

Fərid Əlizadə