Bakıda məşhur restoran yola “gül düzüb” maneə yaradıb

Bakıda məşhur restoran yola “gül düzüb” maneə yaradıb

Aytac Dəniz · Cəmiyyət ·

Bakının Q.Qarayev prospektində yerləşən “Dubrovka” restoranının qarşısında yol hərəkətinə və avtomobillərin dayanmasına maneə yaradan süni maneələr yaradıldığı bildirilir.

Sakinlərin sözlərinə görə, Ramal Ticarət Mərkəzinin yaxınlığında yerləşən restoranın önündə yolun hər iki tərəfinə gül və ağaclar yerləşdirilib. Bu səbəbdən ərazidə həm avtomobillərin park etməsi, həm də iki nəqliyyat vasitəsinin qarşılıqlı şəkildə keçməsi çətinləşib.

Məsələ ilə bağlı görüntülər sosial şəbəkələrdə də paylaşılaraq narazılığa səbəb olub. Bildirilir ki, yolun hər iki tərəfində yerləşdirilən dibçəklər və yaşıllıqlar avtomobillərin hərəkət zolağını daraldır.

Sürücülər qeyd edirlər ki, xüsusilə ərazidə nəqliyyatın sıx olduğu saatlarda bu vəziyyət əlavə çətinlik yarada bilər.

Sakinlər və sürücülər yol kənarında bu cür maneələrin yerləşdirilməsinin qanuniliyinin aidiyyəti qurumlar tərəfindən araşdırılmasını istəyirlər. (plat.az)