"AzInTelecom"un daha bir keçmiş işçisinə ASCO-da vəzifə verildi

"AzInTelecom"un daha bir keçmiş işçisinə ASCO-da vəzifə verildi

Aytac Dəniz · İqtisadiyyat ·

AZCON Holdinq şirkətlərindən olan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də (ASCO) Satınalma üzrə menecer vəzifəsinə təyinat olub.

Qurumun İdarə heyətinin sədri Əfqan Cəlilovun müvafiq əmri ilə bu vəzifə Əziz Əzizzadəyə həvalə edilib.

Qeyd edək ki, Ə.Əzizzadə 2025-2026-cı illərdə "Makro2000" şirkətində anbar müdiri, 2022-2025-ci illərdə isə, "AzInTelecom" MMC-də bölmə müdiri vəzifələrində çalışıb.

Məlumat üçün deyək ki, hazırda ASCO-da Satınalmalar departamentinin rəisi olan Kamil Bektaşi də 2016-2026-cı illərdə "AzInTelecom"da çalışıb. O, 2022-2026-cı illərdə "AzInTelecom"un Təchizat zəncirinin idarə edilməsi departamentinin direktoru olub. 

Plat.az