Azərbaycanın təbii qazını Türkiyə üzərindən Suriyaya çatdıracaq yeni boru kəməri rəsmən istismara verilib.
Redaksiya xəbər verir ki, açılışı həyata keçirilən Azərbaycan–Türkiyə–Suriya təbii qaz boru xətti vasitəsilə artıq Suriyaya qaz axını təmin olunur. Yeni layihə çərçivəsində gündəlik təbii qaz təchizatı ilə Suriyanın elektrik təminatında ciddi artım gözlənilir — belə ki, elektrik verilişi əvvəlki saatlarla müqayisədə gündə 10 saata qədər yüksələcək.
Boru xətti həm enerji əməkdaşlığı baxımından, həm də bölgədəki humanitar vəziyyətin sabitləşdirilməsi məqsədilə əhəmiyyətli addım kimi qiymətləndirilir. Layihə həmçinin Azərbaycan qazının yeni istiqamətlərə ixrac imkanlarını genişləndirmək baxımından da strateji əhəmiyyət daşıyır.
Fərid Əlizadə
