Azərbaycan və Türkiyə arasında “Qarşılıqlı Hərbi Təhlükəsizliyin Gücləndirilməsinə dair Anlaşma Memorandumu” imzalanıb. Bu barədə TRT Avaz məlumat yayıb.
Redaksiya mənbəyə xəbər verir ki, sənədin imzalanması mərasimi İstanbulda keçirilən 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF 2025) çərçivəsində baş tutub. Sərgi Milli Müdafiə Nazirliyinin ev sahibliyi, Türkiyə Prezidentliyinin Müdafiə Sənayesi İdarəsinin dəstəyi və Türkiyə Silahlı Qüvvələrini Gücləndirmə Fondunun təşkilatçılığı ilə İstanbul Sərgi Mərkəzində keçirilir.
Anlaşma memorandumu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Azərbaycanın müdafiə naziri Zakir Həsənovun iştirakı ilə imzalanıb. Sənəd iki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlığın dərinləşdirilməsini və qarşılıqlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsini nəzərdə tutur.
Sevinc Kərimova
