Şanxay Əməkdaşlıq Təşkilatının Tiencin sammitində Azərbaycan və Ermənistanın üzvlük müraciətləri Hindistanla Pakistan arasında ciddi gərginliyə səbəb olub.
Redaksiya xəbər verir ki, Hindistan Azərbaycanın ŞƏT-ə tamhüquqlu üzvlük müraciətini ikinci dəfə veto edib. Çin Bakının təşkilata qoşulmasını dəstəkləsə də, qərarların yekdilliklə qəbul edilməsi şərti səbəbindən təşəbbüs nəticəsiz qalıb. Pakistan isə cavab addımı olaraq Ermənistanın müraciətini əngəlləyib. Bununla da, gərginliyin mərkəzində birbaşa Azərbaycan və Ermənistan deyil, Hindistanla Pakistan dayanıb.
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın vetosunu “intiqam siyasəti” adlandıraraq bildirib: “Hindistan bizdən intiqam alır, amma Pakistanla qardaşlıq bağımız hər şeydən üstündür.”
Sammit çərçivəsində diqqət çəkən məqamlardan biri də İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüş olub. İki liderin dialoqa açıq mesajlar verdiyi bu görüş, ŞƏT daxilində yaşanan Hindistan–Pakistan qarşıdurmasının kölgəsində qalıb.
Sevinc Kərimova
