Avtonom robot yük daşımalarında ilk dəfə real sahə şəraitində sınaqdan keçirildi

Avtonom robot yük daşımalarında ilk dəfə real sahə şəraitində sınaqdan keçirildi

Sona Osmanova · Texnologiya ·

Ex9 şirkəti yük avtomobilləri üçün nəzərdə tutulan avtonom mobil robotunu real şəraitdə ilk dəfə istismara verib. Sınaqlar logistika sahəsində fəaliyyət göstərən DHL müəssisəsinin açıq ərazisində həyata keçirilib.

Redaksiya xəbər verir ki, test edilən robot açıq məkanda sərbəst hərəkət edərək yük qoşqularına avtomatik yaxınlaşa bilir. Sistem qoşqu ilə birləşmə, ayrılma və növbəti nəqliyyat vasitəsinin tapılması funksiyalarını insan müdaxiləsi olmadan icra edir.

Şirkət nümayəndələrinin bildirdiyinə görə, bu texnologiya yük daşımalarında əməliyyat səmərəliliyinin artırılmasına yönəlib. Avtonom həllərin tətbiqi logistika proseslərində vaxt itkisini azaltmaq və təhlükəsizliyi yüksəltmək məqsədi daşıyır.