Avstraliyanın ən kiçik şəhərciyi satışa çıxarılıb

Avstraliyanın ən kiçik şəhərciyi satışa çıxarılıb

Aytac Dəniz · Media ·

Avstraliyanın ən kiçik şəhərciyi kimi tanınan Kuladdi 400 min Avstraliya dollarına satışa çıxarılıb. Kvinslend ştatında yerləşən yaşayış məntəqəsində hazırda cəmi iki nəfər yaşayır.

Redaksiya xəbər verir ki, satış paketinə şəhərciyin mərkəzindəki “Foxtrap Road House” kompleksi daxildir. Kompleks pub, restoran, motel və gündəlik tələbat malları mağazasından ibarətdir.

Kuladdini alacaq şəxslər yalnız kommersiya obyektlərini deyil, yaşayış məntəqəsinin gündəlik fəaliyyətini də üzərinə götürəcəklər. Yeni sahiblər poçt xidmətini təşkil etməli, mağazanı və pubı işlətməli, yemək hazırlamalı, həmçinin motelin qəbul xidmətini idarə etməlidirlər.

Şəhərciyin hazırkı sakinləri və işletmə sahibləri Kerol Yarrowla Co Kornel təqaüdə çıxmaq istədikləri üçün ərazini tərk etməyə qərar veriblər. Daşınmaz əmlak nümayəndəsinin sözlərinə görə, Kuladdinin rəsmi əhalisi obyekti neçə nəfərin almasından asılı olaraq dərhal dəyişə bilər.